Norveçdəki Orland hərbi aviabazasının yaxınlığında PUA-lar aşkarlanıb.
Lim10.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
Polis PUA-nın krallığın silahlı qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən aşkar edildiyini bildirib. İki saat yarım onun hərəkətlərini izləyiblər.
"Siluetlər və pilotsuz təyyarələrlə uyğun gələn işıq siqnalları uçuş-enmə zolağının cənubunda aşkar edilib. Eyni şey uçuş-enmə zolağının şimalında da edilib", - polis rəisi Mettis Hamborq bildirib.