Ekspertlər səviyyəsində danışıqlar dayandırıldığı üçün Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş hələlik hazırlana bilməz.
Lim10.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Yüksək səviyyəli təmaslar təkbaşına son ola bilməz, çünki onlar belə mürəkkəb və çətin məsələnin həllinə kömək etməyəcək. Təəssüflər olsun ki, hazırda Ukrayna tərəfi ilə belə bir görüş hazırlaya bilmirik, çünki Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənədlərin layihələrinə cavab verməkdə ləngdir, Kreml tərəfi üç işçi qrupuna cavab verməkdə ləngdir", - Peskov qeyd edib.
Mürtəza