VƏTƏN SEVGİSİ

Sabunçu rayon Gənçlər evində 01.10.2025- ci il tarixində "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün" adlı tədbir Füzuli rayonu Arış kəndinin igid oğlu Həsənov Elçin Əvəz oğlunun xatirəsinə həsr olunmşdur.
Tədbirdə şəhid ailələri,qazilər,Füzuli rayon İcra nümayəndəsi,ziyalılar,media nümayəndələri, Elçin Həsənovun ailə üzvüləri, doyüş yoldaşları, dostları iştirak etdilər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğulların xatirəsini bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Sonra çıxlar başladı hər kəs Elçin Həsənovun qəhrəmanlıqlarından danışdı.
Füzuli rayonu Arış kəndində zəhmətkeş bir ailədə isti bir yay günündə 05.07.1970- ci ildə dünyaya gəldi Həsənov Elçin Əvəz oğlu. Elə uşaqlıqdan el- obasına bağlı bir oğul idi. Hər zaman böyük,kiçiyin yerini bilər,öz tərbiyəsi ilə hər kəsin rəğbətini qazanmışdı Elçin Həsənov Mənfur düşmənlər Qarabağda savaş başladanda hər bir vətən oğlu kimi Elçin də silaha sarıldı torpaqların müdafiəsinə qalxdı.Uzun bir döyüş yolu keçdi. Elə isti bir yay günündə də qəhramanlıqla 05.06.1993- cü ildə şəhidlik zirvəsinə ucaldı. Elçin subay idi.Çoxlu arzuları vardı.Ən böyük arzusu Vətən torpağını azad görməkdi.Bu vətən sizi unutmadı qəhrəman oğullar qisadınız alındı. Zəfər qazandı Rəşadətli Ordumuz. Üçrəngli Azərbaycan bayrağı ucaldıldı.Ruhun şad olsun igid Elçin Həsənov Qarabağ azaddır.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü