Ukrayna Ordusu ABŞ raket sistemləri ilə Rusiyanı vurdu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.

Lim10.az "Report"a istinadla xəbər verir ki, Baş Qərargah bu barədə teleqram kanalında bildirib.

"Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir", - açıqlamada qeyd olunur.

Baş Qərargah əlavə edib ki, uzaq mənzilli silahların, xüsusən də ATACMS sistemlərinin istifadəsi davam edəcək.