Zelenski: 185 əsgər, 20 mülki şəxs rus əsirliyindən azad edilib

“Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi prosesi baş tutub. Ukrayna 185 hərbçisini rus əsirliyindən azad edib”.

Lim10.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz Tekegram kanalında yazıb.

"Biz 185 hərbçimizi Rusiya əsirliyindən vətənə gətiririk. Onlardan 183 sıravi, çavuş, ikisi isə zabitdir", - Zelenski qeyd edib.

Zelenski onu da əlavə edib ki, azad edilənlər arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləri də var.

O həmçinin bildirib ki, əsirlikdən azad edilənlər arasında 20 mülki şəxs də var.

Onun sözlərinə görə, genişmiqyaslı işğal başlayandan indiyədək 7 mindən çox insan əsirlikdən evlərinə qaytarılıb. "Biz hamını geri qaytarmalıyıq. Biz hər gün bunun üzərində işləyirik", - Zelenski əlavə edib.

Mürtəza