Cizgi filmlərində Buratino və Çippolinonu səsləndirən rusiyalı aktrisa vəfat etdi

Rusiyanın Xalq artisti Nina Qulyayeva 94 yaşında vəfat edib.

Lim10.az bildirir ki, bu barədə Moskva İncəsənət Teatrının Mətbuat Xidməti məlumat yayıb.

Qulyayeva Moskva İncəsənət Teatrının aktrisası olmaqla yanaşı, film və cizgi filmlərini səsləndirib.

O, eyniadlı cizgi filmlərində Buratino və Çippolinonu səsləndirib.

Qeyd edək ki, Qulyayeva 1931-ci il aprelin 18-də Moskvada anadan olub.(oxu.az)