İstanbulda terror hazırlığı edən iki yeniyetmə saxlanılıb. Onlardan birinin Türkmənistan, digərinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Lim10.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Məlumata görə, saxlanılan D.R. və A.Y.G.-nin İŞİD-lə əlaqəli gizli yazışmaları aşkar edilib. Onların "yalnız qurd" taktikasına əsaslanan qanlı hücum planlaşdırdıqları üzə çıxıb. Şübhəlilərdən əldə edilən rəqəmsal materiallarda partlayıcı hazırlığı, silah təlimi, dron istifadəsi və təbliğat videoları aşkarlanıb.
D.R. haqqında "ev həbsi" qərarı çıxarılıb, A.Y.G. isə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
İstintaq materiallarında qeyd olunur ki, hər iki yeniyetmə keçmiş terror aktlarından ilhamlanaraq İstanbulda yeni hücuma hazırlaşıb.(oxu.az)