NATO-nun alyansın şərq sərhədləri boyunca hərbi mövcudluğu gücləndirmək planları fonunda Fransa hərbçilərin və texnikanın daşınması zamanı çətinliklərlə üzləşir.
Lim10.az xəbər verir ki, bu barədə "Defense News" nəşri general Fabrisa Feolaya istinadən yazıb.
"Xüsusilə qeyd olunur ki, hərbi karvanın qonşu ölkələrin ərazisindən keçməsi üçün icazə alma prosesi bu gün onlarla gün çəkir ki, bu da Avropa İttifaqının müəyyən etdiyi beş günlük müddətdən xeyli uzundur", — deyə məqalədə bildirilir.
General Avropanın quru nəqliyyat şəbəkəsinin daha yaxşı planlaşdırılmasına çağırıb ki, “soyuq müharibə dövründə olduğu kimi vəziyyətə qayıtmaq mümkün olsun”.