Yaxşı ki, Macarıstanla Rusiya arasında hazırda Ukrayna adlanan bir ərazi var.
Lim10.az xəbər verir ki, bu açıqlama ilə Macarıstan Baş naziri Viktor Orban çıxış edib.
Orban söyləyib ki, Macarıstanın strateji, lakin geosiyasi olmayan marağı Ukraynanın mövcudluğudur.
Bundan əlavə, Orban sərhədində olmaq istəmədiyi üç ölkənin adını çəkib:
“Biz Almaniya ilə sərhəddə olmaq istəmirik, çünki bu artıq olub və pis nəticələnib. Yaxşı ki, aramızda Avstriya və Çexiya var. Biz ruslarla da sərhəddə olmaq istəmirik, çünki bu da artıq olub — Sovet İttifaqı ilə sərhədimiz vardı. Həmçinin türklərlə sərhəddə olmaq da istəmirik, çünki bu da olub”.