ABŞ-ın Alabama ştatının Montgomery bölgəsində gecə klublarının yerləşdiyi izdihamlı ərazidə silahlı qruplar arasında atışma baş verib.
Lim10.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rəsmilərin məlumatına görə, atışma nəticəsində 2 nəfər həlak olub, 3-ü ağır olmaqla ümumilikdə 12 nəfər yaralanıb. Polis hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.