Tiran, cadugar, yoxsa xəstəxana direktoru?!
Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında nələr baş verir?!
Son zamanlar Beyləqan Rayonu Mərkəzi Xəstəxanasından, xüsusilə xəstəxananın direktoru Nürəngiz Bəşirovadan gələn şikayətlərin ardı-arası kəsilmir. Bu günlərdə isə RealMedia.az saytının rəhbəri Ramil Məhəmmədoğlunun Paralel TV-yə danışdıqları ciddi düşüncələrə yol açır. Jurnalistin dediyinə görə, o, aylarla xəstəxanada apardığı araşdırmalar nəticəsində aydınlaşdirdığı qanunsuzluqlar barədə Baş prokurorluğa məlumat təqdim edəndə Beyləqan rayon prokurorluğu Nürəngiz Bəşirovanın müdafiəsinə qalxaib Prokurorluq jurnalistə müxtəlif üsullarla təzyiq göstərməyə baslayıb. Yalnız bu fakt əsaslı şübhələr yaradır ki, Beyləqan Rayonu Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirovanın qanunsuz əməllərinə himayədarlıq edən dövlət məmurlarından bir Beyləqan Rayonu prokuroru Ramazan Hadıyevdur.
Bəs Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında nə baş verir, orada direktor nə işlə məşğuldur?
Ramil Məhəmmədoğlunun və digər şikayətçilərin sözlərinə görə, xəstəxananın tibb personalı son bir il ərzində tamamilə dəyişib. Müxtəlif bəhanələrlə köhnə işçilər işdən azad edilib, onların yerinə rüşvət müqabilində yeni işçilər qəbul olunub. Yeni işçilərin böyük əksəriyyətinin "diplomu" məhdud məsuliyyətli cəmiyyətlərin 3-6 aylıq kuru müqavilində əldə edilən sənədlərdur. Yəni, işə qəbul edilən tibb bacılarının 10-15 faizinin təhsil sənədi tibb kolleclərinin verdiyi diplomlardur. Yerdə qalan digər tibbi personalın işə qəbul zamanı təqdim etdiyi təhsil sənədləri onların tibb bacısı kimi işləməsinə qanuni əsaslar yarada bilmir. Bəzi tibb işçiləri isə Ukrayna tibb texnikomlarından alınmış saxta diplomlarla işə gotürülüb.
R. Məhəmmədoğlunun sözlərinə görə, xəstəxanada oğurluq hadisəsi baş verib. Belə ki, xəstəxananın nəqliyyat parkında istifadə edilməli olan yanacağın kənar şəxslərə satıldığı üzə çıxıb. Bu fakt aşkarlandıqda sonra sənədləşdirmə elə həyata keçirilib ki, guya faktı xəstəxananın direktoru aşkarlayıb və bu barədə polisə məlumat verib. Halbuki, işçilərdən aldığımız məlumata görə, xəstəxananın nəqliyyat təsərrüfatına ehtiyat hissələr almaq üçün ayrılmış vəsait müxtəlif korrupsiya sxemi ilə direktor tərəfindən mənimsənildiyini görə, işçilər yanacağı satıb, əldə olunan vəsait hesabına ehtiyat hissəsi alırmış. İşin üstü açılanda isə direktoru xilas etmək məqsədi ilə sənədləşmə elə aparılıb ki, guya oğurluq hadisəsini direktor aşkarlayıb və bu barədə polisə məlumat verib.
Xəstəxanada hazırda 40 mühafizəçi xidmət aparır. Bu mühafizəçilərin əsas işi səhər saat 9.00-da direktoru təntənəli şəkildə qarşilamaqdir. Direktorun maşını xəstəxanaya çatanda mühafizəçilər və şöbə müdirləri həyətdə əmrə müntəzir dayanırlar. N. Bəşirovanın şəxsi əşyalarını mütləq onun müəyyənləşdirdiyi mühafizəçilər götürür. Digər mühafizəçilərin müşaiyəti ilə direktor kabinetə qədər ötürülür. Axşam isə direktor buna bənzər bir mərasimlə evə yola salınır.
Xəstəxanada çalışan tibb işçilərinin sözlərinə görə, direktor tibbi personalla çox qaba davranır, onları adam yerinə qoymur, hər addımbaşi isçiləri təhqir edir. Hətta, tibb bacılarından biri bizimlə söhbətində dedi ki, Nürəngiz Bəşirova bizim adımızı "dala-qabağa iynə vuran" qoyub.
Davranış və hərəkətlərindən hiss edilir ki, Nürəngiz Bəşirova rayonun rəhbərliyi və digər dövlət qurumlarının rayon strukturları rəhbərlərinin rəğbət və dəstəyini qazanıb. Maraqlıdır, rayonda bu qədər dövlət qurumun rəhbərinin rəğbətini hansı üsullarla qazanmaq olar?
Bunun bir ənənəvi üsulu "hamının payının vaxtında göndərilməsi" prinsipi ilə işləmək ola bilər. N.Bəşirovanin bu üsulla işlədiyini təsdiqləyən əlamətlər də var - rayon xəstəxanası alver predmetinə və korrupsiya bataqlığına çevrilib.
Lakin deyilənə görə, direktorun bu qədər dəstək qazanması yalnız onun yuxarıda qurduğu iş prinsipi ilə bağlı deyil. Rayon sakinləri deyir ki, N.Bəşirova həm də falçılara və cadugarkara çox tez-tez müraciət edir. İşlərinin bir qismini də elə bu üsulla "yoluna qoyur". Bildirilir ki, direktor bu mərkəzini heç kimdən gizlətmir də, hətta, bunun reklamını təşkil edir ki, rayon rəhbərliyi ondan çəkinsin - yoxsa qələm çalıb, tifaqinizi dağıdar.
Beləcə, Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında işlər cəngəllik qanunları prinsipləri ilə davam edir, amma bu prinsipləri sürdurənkərə hələki "dur" deyə bilən yoxdur!
A. Nəsirli