ABŞ Cənubi Qafqazdakı proseslərə yaxından maraq göstərir.
Lim10.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.
O bildirib ki, Cənubi Qafqazdakı proseslər artıq davamlı sülhə doğru irəliləyir.
Nazir xatırladıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanmasına ev sahibliyi edib.



















