Sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) kimi sanksiyaların olmamasını qeyd edib.
Lim10.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.
H. Fidan qeyd edib ki, D. Tramp sözügedən sanksiyaların ləğvi ilə bağlı komandasına tapşırıq verib.
Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, F-35 qırıcı təyyarələri ilə bağlı məsələ də yaxın gələcəkdə həll oluna bilər.
O, ilkin razılıq mətninin hazır olduğunu bildirsə də, detalları açıqlamayıb.



















