Almaniya kansleri Fridrix Merz bildirib ki, mövcud beynəlxalq nizam öz fəaliyyətini faktiki olaraq başa vurub.
Lim10.az xəbər verir ki, o, bu fikri “Süddeutsche Zeitung”un təşkil etdiyi iqtisadi forumda səsləndirib.
Kanslerin sözlərinə görə, qarşıdakı illərdə dünyada hansı siyasi düzənin formalaşacağını proqnozlaşdırmaq çətindir, lakin həm Qərbin son 80 ildə, həm də Şərqin son 35 ildə şahidi olduğu sistemin artıq keçmişdə qaldığı dəqiqdir.
Merz vurğulayıb ki, Atlantik okeanı boyunca ciddi bir fikir ayrılığı yaranıb və bu dəyişikliklər transatlantik tərəfdaşlıqda indiyədək doğru hesab olunan bir çox anlayışın sual altına düşməsinə səbəb olur.
Leyla
Lim10.az



















