Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.
Lim10.az Xezerxeber.az-ın məlumatına istinadən xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.
"Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.
Ətraflı videomaterialda:




















