BU BİR İLKDİR

Bəli bizlər ilklərə imza atırıq. Bu bir ilk oldu.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yerli QHT-ləri təmsil edən rəhbərlərini qəbul edib. Görüşdə nümayəndə heyəti iştirak etdikləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun mahiyyəti, məqsədləri və əldə edilən nəticələr barədə ətraflı məlumat veriblər.
QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin, “Vətən Naminə” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərləri bildiriblər ki, forumun əsas məqsədi vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, təşkilatlararası əlaqələrin genişləndirilməsi və sosial layihələrin daha effektiv koordinasiyasıdır. Onlar forumda ictimai iştirakçılığın artırılması, regional təşəbbüslərin dəstəklənməsi və icmaların inkişafı ilə bağlı müzakirələrin aparıldığını qeyd ediblər.
İlqar Mahmudov Qubada icra olunan layihələr haqqında qonaqları məlumatlandırıb, yerli QHT-lərin fəaliyyətinə dəstəyin vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və tərəflər birgə sosial təşəbbüslərin həyata keçirilməsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Abduləlimova Tünzalə
"Vətən Naminə"Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Sədri


















