Avstraliya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorizmin sponsoru elan edib.
Lim10.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Avstraliya Xarici işlər naziri Penni Vonq bildirib ki, SEPAH-ın Avstraliyanın yəhudi icmasına qarşı hücumları təşkil etdiyinə dair kəşfiyyat məlumatlarından sonra ölkəsi İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorizmin sponsoru elan edib.
Cari ilin avqust ayında Avstraliya İranı Sidney və Melburnda iki antisemit yanğın hücumunu təşkil etməkdə günahlandırıb və Tehran səfirinə yeddi gün ərzində ölkəni tərk etməyi əmr edib ki, bu da İkinci Dünya Müharibəsindən bəri ilk diplomatik deportasiyadır.
İran Xarici İşlər Nazirliyi qərarı pisləyərək, onu təhqiramiz və əsassız adlandırıb.
Elvin
Lim10.az



















