Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya mətni martda hazır olacaq

Ermənistan Ədliyyə Nazirliyi 2026-cı ilin birinci yarısında Konstitusiyanın yeni mətnini hazırlamalıdır.

Lim10.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Konstitusiya İslahatları Şurasının iclasında deyib.

Nazirin sözlərinə görə, Ədliyyə Nazirliyi üzərinə götürdüyü öhdəliyə əsasən Konstitusiyanın yeni mətnini işləyib hazırlamalıdır və mətnin hazırlanması ilə bağlı konkret vaxt da müəyyənləşdirilib. “Konkret olaraq demək istərdim ki, Konstitusiyanın yeni mətni mart ayına qədər hazır olmalıdır”, - nazir qeyd edib.

Mürtəza