Metyu Perrinin ölümünə görə həbs edildi

"Dostlar" serialının ulduzu Metyu Perrinin ölümündə təqsirli bilinən həkim Salvadora Plasensiya 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Lim10.az xəbər verir ki, o, narkotik asılılığından əziyyət çəkən aktyora qazanc məqsədilə ketamin satmaqda ittiham olunub. Həkim məhkəmədə öz günahını etiraf edib.

Qeyd edək ki, Metyu Perri uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb. O, 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində, cakuzi içində ölü tapılıb. Ekspertiza onun ölüm səbəbini ketaminin həddindən artıq dozada qəbulu ilə əlaqələndirib.

Perri depressiyanı müalicə etmək üçün bir neçə həftə ərzində ketamin inyeksiyaları qəbul edib. Klinikada dozanın artırılmasına icazə verilmədikdə, o, preparatı qeyri-leqal yolla əldə etməyə başlayıb.(Axşam.az)