İsrail və Livan o görüşə necə razılıq verdi? - AXİOS gizli məqamları açıqladı

İsrail və Livan nümayəndə heyətləri arasında birbaşa danışıqlar ABŞ-ın ikitərəfli dialoqa başlamaq üçün təzyiqinin nəticəsi idi.

Lim10.az xəbər verir ki, Axios bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail və Livan rəhbərliyi nümayəndələr arasında birbaşa təmaslara həvəsli olmayıb. İsrailin Livan ərazisinə hücumlarının tezliyinin artması səbəbində ABŞ hər iki tərəfə təzyiqi artırıb.

Dekabrın 2-də ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsinin müavini Ortaqus İsrail Baş naziri Netanyahu ilə görüşüb və onu nümayəndələrini göndərməyə çağırıb. Bundan əvvəl ABŞ-ın Livandakı səfiri  ölkə rəhbərliyini İsrailin davamlı, dövri hücumlarına baxmayaraq birbaşa dialoqa başlamağa çağırıb.

ABŞ nümayəndəsi Netanyahuya İsrailin Livanla davam edən fikir ayrılıqlarını həll etmək üçün hazırkı fürsət pəncərəsinin istifadə edilməsinin vacibliyini çatdırıb. Hər iki tərəf görüşə öz nümayəndə heyətini göndərmək barədə razılığa gəlib.

Elvin

Lim10.az