Dövlət orqanı ilə ictimai təşkilat arasında memorandum imzalandı

Qubada Qərbi Azərbaycan İcması, Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında geniş tərkibli görüş keçirilib və əməkdaşlıq memorandumu imzalanıb.

Bu gün Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə geniş formatlı görüş təşkil olunub. Görüş tərəflər arasında sosial dəstək proqramlarının gücləndirilməsi, hüquqi maarifləndirilmənin genişləndirilməsi, ictimai-sosial təşəbbüslərin koordinasiyası və birgə fəaliyyətlərin institusional əsasda həyata keçirilməsi məqsədi daşıyıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti nümayəndəsi Qərib müəllim,Quba YAP Quba rayon təşkilatının nümayendəsi Elxan müəllim, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi-nin rəis müavini Fuad Orucov, Quba Rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Saməddin Nəsirov, Millət Vəkili Əlibala Məhərrəmzadə köməkçisi vəkil Qalib Hidayət müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Sheydayeva , Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Qusar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Fatimə Zülfüqarova, AYB Quba bölməsinin sədri, tanınmış Şair və publisist Ramiz Qusarçaylı, mediatorlar Təbriz Mərzəbəyov,
Rövşən Əliyəv - qazı atası Şəhid anası Elnurə ana, Şəhid anası Gülbacı ana,Qazi Orxan Babayev,Metleb Aliyev, Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Ramil müəllim, Xinaliq Tid İctimai Birliyi sədri Юсиф Абаев və digər qurumların nümayəndələri çıxış edərək qurumların fəaliyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlıq üçün təkliflər irəli sürüblər.
Tədbirin fəxri qonağı - tanınmış Şair və publisist, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı şəhidlərin xatirəsinə ehtiramın hər bir vətəndaş üçün mənəvi borc olduğunu vurğulayaraq təşkilatlara uğurlar arzulayıb.

Tədbir zamanı bildirilib ki, regionda sosial məsuliyyət layihələrinin icrası, şəhid ailələri və digər həssas qrupların dəstəklənməsi, vətəndaşlara mediativ xidmətlərin əlçatanlığının artırılması üzrə əməkdaşlıq mexanizmlərinin formalaşdırılması cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında imzalanacaq memorandumun qarşıdakı dövrdə mütəşəkkil və davamlı əməkdaşlığa yol açacağı diqqətə çatdırılıb.

Görüşdə “Vətən Naminə” İctimai Birliyinin sədri Tünzalə xanım, Quba 1 saylı Mediasiya Təşkilatının direktoru Hümmət Əliyev çıxış ediblər. Natiqlər təşkilatların fəaliyyəti haqqında məlumat verərək bildirib ki, birgə layihələr və informasiya mübadiləsi regionda sosial təşəbbüslərin daha effektiv icrasına imkan yaradacaq.
Çıxışlar zamanı şəhid ailələrinə göstərilən qayğının dövlət və cəmiyyət üçün prioritet olduğu, sosial proqramların genişləndirilməsinin isə həm mənəvi, həm də institusional baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Mediasiya sahəsində keçiriləcək maarifləndirici tədbirlərin və təlimlərin cəmiyyət üçün faydalı olacağı qeyd edilib.

Görüşün sonunda Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi, Quba 1 saylı Mediasiya Təşkilatı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlıq Memorandumu rəsmi şəkildə imzalanıb. Sənəd birgə layihələrin icrası, təlim və seminarların təşkili, sosial və hüquqi maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi, eləcə də qarşıdakı dövrlərdə koordinasiyalı iş mexanizmlərinin qurulmasını nəzərdə tutur.

Tədbir yekun olaraq qarşılıqlı hörmət, səmimiyyət və əməkdaşlıq ruhunda başa çatıb. İştirakçılar xatirə fotosu çəkdirərək Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə yaradılan şəraitə və yüksək təşkilatçılığa görə təşəkkür ediblər.

Abuduləlimova Tünzalə - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Sədri