Bu gün Vyanada (Avstriya) ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası başlayıb.
Lim10.az xəbər verir ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen azərbaycanlı naziri qarşılayıb.
Tədbirdə ATƏT-in üzvü olan 57 dövlətin xarici işlər nazirlərinin, həmçinin 11 tərəfdaş ölkənin nümayəndələrinin iştirakı gözlənilir.




















