Türkiyədə dəhşətli qəza - 6 ölü, 11 yaralı

Türkiyənin Osmaniyə şəhərinin Bahçe rayonunda ağır yol qəzası baş verib.

Lim10.az Türkiyə KİV-ə sitinadla xəbər verir ki, sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 6 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.

Hadisə bu gün səhər saatlarında  Adana-Qaziantep avtomagistralının Bahçe rayonu, Ayran Tuneli yaxınlığında qeydə alınıb.

Qəza yerinə çox sayda xilasetmə və təcili yardım briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Həmidə İbrahimova