İndoneziyanın Sumatra adasında baş verən dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900-ü keçib.
Lim10.az bildirir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən məlumat verilib.
Məlumata görə, 908 nəfər həyatını itirib, daha 410 nəfər itkin düşüb.
Qeyd edək ki, fəlakət Şimali Sumatra, Açeh və Qərbi Sumatra əyalətlərində baş verən güclü yağışlardan qaynaqlanıb.
Qeyd edək ki, dünənki rəsmi açıqlamalara görə, İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 846 nəfərin öldüyü deyilirdi.(oxu.az)




















