Ukraynada müharibə uzanacaq...
V. Putin: “Ukraynadakı vəziyyət onu göstərir ki, ABŞ bu münaqişəni uzatmağa çalışır”.
Rusiya diktatoru Putin Beynəlxalq Təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçılarına müraictində müharibənin uzanacağına işarə edib. “Ukraynadakı vəziyyət onu göstərir ki, ABŞ bu münaqişəni uzatmağa çalışır”.
Bir həftədən sonra Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasının altı ayı tamam olacaq. Ukraynanı bir neçə gün ərzində ələ keçirəcəyini düşünənlər üçün altı ay fəlakət deməkdir. Üstəlik Putinin də etiraf etdiyi kimi müharibə yaxın həftələrdə bitməyəcək.
Sovet İttifaqının müdaiə naziri, marşal Dmitri Ustinov da Əfqanıstanı bir neçə həftə, ən uzağı bir aya nəzarət altına götürəcəyini vəd etmişdi. 1941—1953-ci illərdə SSRİ Xalq Silah Komissarı, 1953—1957-ci illərdə SSRİ Müdafiə Sənayesi Naziri və 1976—1984 cı illərdə müdaiə naziri olan marşal Dmitri Ustinovun ehtimalı gerçəkləşmədi.
Ustinovdan fərqli olaraq Pakistanın hərbi kəşfiyyatının rəisi, general Məhəmmməd Yusafin sovet işğalına qarşı “min kəsiklə ölüm” strategiyası özünü doğrultdu. Əfqanıstanda “qan itirən” Sovet İttifaqı dağıldı.
Putin deyir ki, ABŞ münaqişənin uzanmasına çalışır. Münaqişənin uzanması “min kəsiklə ölüm” strategiyasının həyata keçməsinin təməl şərtidir. Görünür Kremldə bunu hələ də anlamayıblar. İstisna deyil ki, məhz buna görə nüfuzlu ekspertlər Rusiya rəhbərliyini nəzərdə tutaraq son zamanlar “Kremldəki ağmaqlar” ifadəsini işlətməyə başlayıblar.
Müharibənin başlanmasının altı ayı hələ tamam olmasa da, hərbi əməliyyatlar Rusiyanın “daxilinə” keçib. Altı ay sonra nələr olacağını isə təsəvvür etmək çətin deyil.
Ukrayna Silahlı Qüvvələrinə eşq olsun!
Xaqani Cəfərov