Maduronun şəkli satışları artırdı: Kostyumun qiyməti

Nikolas Maduronun həbsi və onun fotosunun internetdə yayımlanması internet istifadəçiləri arasında marağa səbəb olub.

Lim10.az "The Economic Times"a istinadən xəbər verir ki, siyasətçinin geyimi xüsusilə diqqət çəkib və "Maduro stilində" kostyumların satışı artıb.

Donald Tramp şənbə günü həbsindən sonra boz idman kostyumu geyinmiş Maduronun şəklini paylaşıb.

Şəkil viral hala gəlib və nədənsə alıcılar saxlanılan prezidentin şəklini cəlbedici hesab ediblər və bu da "Google"da "Nike Tech Fleece" kostyumunu (Maduronun saxlanıldığı zaman geyindiyi kostyumla eyni) axtarmağa səbəb olub.

Maraqlıdır ki, artan tələbat, xüsusən də Maduronun geyindiyi 3XL ölçüsü səbəbindən insanlar məhsulu tapa bilməmək problemi ilə qarşılaşdığını bildiriblər.

Nəşr bildirir ki, boz iki hissəli kostyum hələ də şirkətin rəsmi saytında mövcuddur. Dəstin qiyməti 260 dollardır - gödəkçə üçün 140 dollar, şalvar üçün isə 120 dollar.

Xatırladaq ki, şənbə günü gecə Karakasda partlayışlar baş verib. Tramp daha sonra ABŞ-ın genişmiqyaslı hava hücumları təşkil etdiyini və Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarıldığını iddia etdi. Daha sonra Tramp Maduronun əsirlikdə olduğu şəklini paylaşdı.

Daha bir diqqətçəkən məqam isə onun hər kadrda başqa paltarda olmasıdır.

Lim10.az  

Leyla