"Lim10.az " xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, hadisə yanvarın 3-də Məlikşahi şəhərində baş verib. Həmin gün Mehdi Rəhimi etirazçılara atəş açmaq əmri verməkdə ittiham olunub. Yerli mənbələrin və şahidlərin sözlərinə görə, bu əmr nəticəsində ən azı doqquz nəfər həlak olub.
Bildirilir ki, sağ qalan etirazçılar daha sonra onun yaşadığı mənzili tapıblar və "Evə ziyarət" adı verilən qisas aksiyası təşkil ediblər. Hücum nəticəsində zabit evində öldürülüb.(oxu.az)




















