"Veronica, Venesueladan neft daşıdığı üçün ABŞ tərəfindən ələ keçirilən sayca altıncı neft tankeri olub".
Lim10.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığının açıqlamasında deyilir.
"Sübh tezdən, Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə Birgə Tapşırıq Qrupu olan “Southern Spear”ın dəniz piyadaları və dənizçiləri “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisindən hərəkətə keçərək Veronikanı insidentsiz ələ keçirmişlər", - açıqlamada deyilir.
Məlumata görə, Veronika Karib dənizində sanksiyalı gəmilərə qarşı karantin qərarını pozaraq fəaliyyətini davam etdirib.
Veronikanın Qayana bayrağı altında üzdüyü bildirilir.



















