Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər

2025-ci il ərzində qlobal miqyasda süni intellekt sistemlərini işlək saxlamaq üçün təxminən 765 milyard litr su sərf olunub.

Lim10.az milli.az-a istinadla xəbər verir ki, bu miqdar bütün dünyada insanların bir il ərzində içdiyi butulka suların həcminə bərabərdir.

Məlumatda qeyd olunur ki, bu sistemlərin yaratdığı ekoloji çirklilik isə Nyu-York kimi nəhəng bir meqapolisin illik çirkliliyi ilə müqayisə olunacaq səviyyədədir.

Ekspertlər xəbərdarlıq edir ki, əgər soyutma texnologiyalarında inqilabi dəyişikliklər edilməzsə, yaxın gələcəkdə rəqəmsal dünya ilə real dünya arasında su uğrunda rəqabət başlaya bilər.