Suriya lideri Əhməd əl-Şaranın yanvarın 19-20-da Almaniyaya nəzərdə tutulan işgüzar səfəri Suriya tərəfindən təxirə salınıb.
Lim10.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Suriyanın yeni liderinin Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merz, eləcə də Almaniyanın siyasi və işgüzar dairələrinin nümayəndələri ilə görüşməsi planlaşdırılırdı.
DW-nin məlumatına görə, danışıqların əsas mövzusu suriyalı qaçqınların vətənlərinə qayıtması olacaqdı.
NTV-nin məlumatına görə, səfərin ləğvinə Suriyadakı şiddətli döyüşlər səbəb ola bilərdi.
DPA-nın məlumatına görə, səfərin təxirə salınmasının əsas səbəblərindən biri kimi Suriya liderinin Almaniyay səfərinə etiraz olaraq aksiyalaırn keçirilməsi olub. Belə ki, Şaranın səfərinə etiraz olaraq "İslamçılar üçün qırmızı xalçaya yox" adlı mitinq də planlaşdırılırdı. Əl-Şaranın gəlişinə əsasən Almaniyadakı Suriyadan olan və Suriyanın dini və etnik azlıqlarını təmsil edən qaçqınlar qarşı çıxıblar.
Mürtəza



















