“İrana və beynəlxalq ictimaiyyətə problemlərini güc tətbiq etmək əvəzinə dialoq yolu ilə həll etmələrini tövsiyə edərdim. Çünki problemlərin həllinin yeganə yolu dialoqdur”.
Lim10.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda "On the Record" proqramına müsahibəsində deyib.
Tehranın xarici və bəzi təhlükəsizlik siyasətlərinə dəyişikliklər etməsinin zəruriliyini qeyd edən Hakan Fidan onu da əlavə edib ki, İran daxilində və ya ətrafında baş verən hadisələrin İranda rejim dəyişikliyinə səbəb olacağına inanmıram.
İrandakı müxalifətin, etirazların və nümayişlərin rejimə və hökumətə lazımi mesajlar vermədiyini vurğulayan Hakan Fidan əlavə edib ki, bu da Tehrana beynəlxalq aləmdə əlavə problemlər yaradacaq.
ABŞ-ın İrana müdaxilə ehtimalı ilə bağlı suala Fidan belə cavab verib : "Amerikalı dostlarıma bunu etməməyi məsləhət görərdim. Çünki onlar artıq İrana həddindən artıq təzyiq göstərirlər. Sanksiyalar İran iqtisadiyyatına böyük ziyan vurur".
Hakan Fidan onu da qeyd edib ki, İran özünü "küncdə sıxışdırılmış" hiss edəcəyi təqdirdə ən pis ssenariyə hazır olacaq.
Mürtəza




















