SOCAR-da həmkarlar, yoxsa "dinməver" təşkilatı
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında SOCAR rəhbərliyinə maraqlı sual ünvanlayıb.
Bilmək istərdim: SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə həmkarlar təşkilatı hələ də mövcuddur?
- Əgər mövcud deyilsə, işçilərin əmək hüquqlarının müdafiəsi üçün niyə hər ay onların əmək haqqının 1%-i təşkilatınızın bank hesabına köçürülür?Mövcuddursa bu halda niyə:
- işəgötürənlər tərəfindən əmək qanunvericiliyini pozaraq işçilərlə məcburi müvəqqəti əmək müqaviləsinin bağlanmasına, əmək müqaviləsinə əıavələr edərək və bu əlavəyə işçilərə məcburi qol çəkdirərək onları təqaüdə göndərilməsinə, işçilərə qarşı diskrinimasiyanın (əmək haqları, vəzifə təyinatında və s.-də) tədbiqinə, sağlam iş şəraitinin yaradılmaması, isti yeməklə təmin olunmayan sahələrdə çalışan işçilərə verilən gündəlik yemək pulunun (3 man) artırılmasına, əmək haqlarının artırılmamasına və s.-niyə susursunuz? Axı guya bu işçilərin həmkarlar təşkilatıdıd!