İran dronları ehtimadı doğrultmur

Amerika rəsmiləri: Rusiya İranın pilotsuz təyyarələrindən istifadə etməkdə problemlərlə üzləşib

Co Bayden hökumətininn rəsmiləri bildiriblər ki, Rusiya Ukraynaya qarşı müharibədə İran istehsalı olan dronlardan istifadə edərkən texniki çətinliklərlə qarşılaşıb.

Bazar ertəsi axşam “Associated Press” xəbər agentliyi həmin rəsmilərə istinad edərək yazıb ki, İran dronlarının “çoxlu qüsurları” var. Söhbət radar sistemlərinə, artilleriya qurğularına və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulan ən azı iki növ döyüş pilotsuz təyyarəsindən, yəni “Mohajer-6” və “Shahed”dən gedir.

Bildirilib ki, Rusiyanın nəqliyyat təyyarələri avqustun 19-da müvafiq yüklə İrandan havaya qalxıb.

Adının açıqlanmasını istəməyən Amerika xüsusi xidmət orqanlarının nümayəndələrinin sözlərindən məlum olur ki, ilk sınaqlardan sonra Rusiya hərbçiləri İranın bəzi pilotsuz təyyarələrinin istifadəyə yararsız olmasıdan “narazı qalıb”.

https://bit.ly/3e93TCF