Putin ukraynalı uşaqlardan Almanyada da əl cəkmir
Almaniyanın Leypsiq şəhərində naməlum şəxslər ukraynalı uşaqların tərbiyə olunduğu uşaq bağçasını yandırmağa cəhd ediblər.
“Bild” xəbər verir ki, hadisə avqustun 27-də, uşaq bağçasının artıq bağlandığı vaxt baş verib. Bağçanın girişinə yanar maye tökülərək yandırılıb. Yanğın yalnız uşaq bağçasının qapısına ziyan vurub.
Bir gün əvvəl isə 700 metr aralıda yerləşən qaçqın evini yandırmağa cəhd edilib. Polis hadisələrin əlaqəli ola biləcəyinə inanır və həm də hər iki cəhddə Rusiya xüsusi xidmət orqanlarının izi olacağı güman edilir. Saxlanılan şəxslərin ilkin ifadələrində bu şübhələr aşkar sezilir. İstintaq barədə məlumat veriləcək.