Əsas xəbərlər
Avqustda Avrozonanın 19 ölkəsində istehlak inflyasiyası rekord vurub - illik müqayisədə 9.1%-ə çatıb. İyulda olduğu kimi, qiymət artımının əsas amili bahalı enerji resursları olub. Onların avqustda inflyasiyaya töhfəsi 38.3% təşkil edib. Ərzaq, alkoqol və tütün məmulatlarının payı - 10.6%, kirayə mənzil, geyim qiymətləri - 5%, xidmətlər – 3.8% olaraq qiymətləndirilib.
Qazaxıstan taxıl və unun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq, iribuynuzlu mal-qara və xırdabuynuzlu heyvanların ixracı üçün kvota müəyyən etmək qərarına gəlib. Bu onunla əlaqədardır ki, bu il 13 milyon tondan çox buğda (keçən ilin məhsuluna +12%) yığılması planlaşdırılır. Daxili istehlak üçün ölkəyə təxminən 6.5 milyon ton lazımdır.
Dünya üzrə meymunçiçəyinə yoluxma hallarının sayı 50 496 nəfərə çatıb. Ən çox yoluxma ABŞ-dadır (17 994). İndiyədək bu xəstəlikdən 16 nəfər dünyasını dəyişib.