SOCAR-da ilginc olaylar baş verir
Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatlarının rəhbəri Mirvari Qəhrəmanlı həftə sonu paylaşdığı post maraq doğurur.
Postda deyilir ki, SOCAR 2021-ci il üzrə Davamlı İnkişaf hesabatından çox maraqlı cümlələr oxuyuruq (İnşə Allah 2022-ci üzrə hesabat da yəqin ki, 2024-cü ildə hazır olar):
"Korrupsiyaya qarşı fəaliyyətimiz.
SOCAR dövlət və beynəlxalq prinsiplərə, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq korrupsiya ilə mübarizə və şəffaflığın artırılması üzrə geniş daxili normativ baza formalaşdırmışdır.
Aşağıda qeyd edilən faktların dəqiqləşdirilməsinə və müvafiq qurumlar tərəfindən yoxlanılmasına ciddi ehtiyac duyulur. Qeyd olunan faktlar təsdiqini taparsa, bu halda 2023-cü il üzrə Davamlı İnkişaf hesabatına daxil edib, şirkətin korrupsiyaya qarşı necə mübarizə apardığını qeyd edərsiniz.
- Salam, hörmətli Mirvari xanım, bu gün sizə çox maraqlı faktlardan danışacağıq,. Çox xahiş edirəm, bu dəfəki məlumata SOCAR diqqətlə nəzər etsin. "Azneft" İB bir neçə vaxt bundan əvvəl Geofizika və Geologiya İdarəsinə (GGİ) layihə verir və deyir ki, heç bir podratçı cəlb etmədən özünüz işləyə bilərsiniz, işləyin, GGİ də razılaşır. Maxinasiyadan istifadə edib, "Azneft" İB-nı və SOCAR-ı aldadırlar. Podratçı Vahid Xankişiyevin firması ilə müqavilə bağlayırlar. Müqavilədə adın qoyullar ki, həmkar köməkliyi, yəni pulsuz dəstək olunacaq katamaran tipli gəmi və katerlərlə iş baş tutur. "Azneft" İB pulu ödədikdən sonra Vahidə pul VERİLİR. Bütün bu proseslər Elçin Şirinovun, Sarvan Mansurovun və vasitəçilik edən Vahidi Elçinlə tanış edən Azad Rzayev ın, Dadaş Həsənovun və İlyas Bağıyevin təşkilatçılığı ilə baş tutur. İlyas Bagiyev haqqında qısa məlumat: "Azəriqaz" İB satın alma şöbəsində 14 dərəcədə işləyib, bir müddət sonra Fuad Həziyevin xahişi ilə GGİ-nin Satınalmaıar şöbəsinə gətirilir. Müavin, sonra rəis təyin edilir. Qısa vaxt ərzində bahalı maşın və ev əldə edir. Bunları araşdırmaq üçün GGİ-yə işə düzənlənən bəri aldığı maşın və evin alınma tarixləri tutusdurmaq kifayət edər. Hazırda "Downstream"da işləyir. Bu cür işlər görən adama məncə, elə bir postu etibar eləmək çox təhlükəlidir.
- Salam hörmətli Mirvari xanım.
Keçən ilin yay aylarında GGİ-nin KGİB üçün xarici ölkələrin birindən D-unit avadanlıqları alınıb ki, çöl seysmik işlərində istifadə edilsin. Dəyəri milyondan yuxarı olan avadanlıq alınıb, lakin avadanlıq uyğun gəlməyib. GGİ-nin anbarinda saxlanılır. Üstünü toz basıb. Xahiş edirəm, bunu işıqlandırasiniz. Maraqlıdır ki, bu qədər məbləğ gedib, ortada heç bir fayda yoxdur.