Telekomunikasiyadan “Alma Store”a transfer
Azərbaycanda “Apple”nin məhsullarınının satışını həyata keçirən “Alma Store”, yaxud hüquqi adı ilə “ASBC” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi informasiyaya istinad edir.
Rüfət Sadıqov Şəmsəddin oğlu qeyd edilən vəzifəyə təyin edilib.
Rüfət Sadıqov bundan öncə ölkənin iri telekommunikasiya şirkəti – Azercell Telekomda B2B satışları departamentinə rəhbərlik edirdi. Həmçinin R.Sadıqov “Azerfon” MMC (Nar) və “Sobsan” kimi şirkətlərdə çalışıb.
O bu vəzifədə Aliaksei Yahlounu əvəzləyib.
A.Yahloudan öncə isə bu vəzifədə Liliya Allahverdiyeva-Pikulo idi.
“ASBC” MMC 2017-ci ildə yaradılıb və 400 min ABŞ dolları (680 min AZN) nizamnamə kapitalına sahibdir.