Hansı meyvə-tərəvəzlərin qiymətində artım var? - EKSPERT AÇIQLADI

"Qış fəslinə hələ çox zaman qalsa da artıq ölkədə meyvə-tərəvəzlərin bahalaşması prosesinə başlanılıb". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yəni kənd təsərrüfatı mövsümünün bir hissəsi başa çatdığı üçün yay mövsümündə yetişən meyvə-tərəvəzlərin qiymətində artıq bahalaşma müşahidə olunur: "Hal-hazırda alma, nar və payızda yetişən meyvə-tərəvəzlərdən başqa, yerdə qalan hər şeydə bahalaşma start götürüb. Heç göyərtidə də o qədər ucuzlaşma yoxdur. Bu Azərbaycanda həm inflyasiya, həm də mövsümün başa çatması ilə bağlıdır. Məsələn, kartof, soğan, pomidor və xiyarın qiymətlərində artımlar var. Bu artımlar iki tendensiyanın təsiri altında performans göstərir".

Akif Nəsirli sözlərinə belə davam edib: "Qarşıdakı həftələrdə də bahalaşmanın davam edəcəyi gözlənilir. Bahalaşmanın daha köklü səbəbi ölkədə kənd təsərrüfatı məhsullarının qıtlığı və idxaldan asılılıqdır.