"Rəqabətli bazarın sahibkarı ilə inhisarçı bazarın satıcısı arasında böyük psixoloji fərqlər var" - Ekspert

Bunu Valyuta.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli 8-12 noyabr bayram günlərdə istirahət mərkəzlərində qiymətlərin qalxmasına aydınlıq gətirərkən deyib. 

O bildirib ki, rəqabət mühiti formalaşanda hansı sektor olursa-olsun, harada rəqabət mühiti varsa, orada qiymətlərin bahalaşması çox aşağı ehtimaldır:

"Ümumi qiymətlər artarsa, o zaman sahibkarlar son anda artımı barədə düşünürlər. Rəqabətli bazarın sahibkarı ilə inhisarçı bazarın satcısı arasında böyük psixoloji fərqlər var. Rəqabətli bazarda sahibkar həmişə qiymətləri azaltmaq və keyfiyyəti yüksəltmək barədə düşünür ki, öz rəqibləri qarşısında üstünlüyə malik olsunlar. İnhisarçı bazarda isə inhisarçının rəqibi olmadığına görə ağlına gələn vaxtda qiymət artımı edir. İnhisarçı bazarda sahibkar dövriyyə nəzarət edir. Əgər dövriyyə aşağıdırsa, qiyməti sabit saxlayır. Dövriyyə çoxalırsa, dərhal qiymətləri qaldırırlar ki, daha çox gəlir əldə etsinlər. Çünki qarşısında uduzacağı kimsə yoxdur”.