Bosfor boğazı bağlandı
Ukraynadan İstanbula gedən "Lady Zehma" gəmisi sükan çarxının nasazlığı səbəbindən sahilə çıxıb və Bosfor boğazını bağlayıb.
Türkiyə Sahil Mühafizəsi Baş Müdirliyinin Twitter hesabından verilən məlumata görə, 173 metrlik gəmi Bebek körfəzində lövbər salıb.
Xilasetmə qayıqları və yük gəmiləri üçün yedək gəmiləri hadisə yerinə yola düşdü. Boğaziçi boğazında nəqliyyatın hərəkəti dayandırılıb.
“Lady Zehma” avqustun 30-da Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları ilə yüklə yola çixan altı gəmidən biridir.