Almaniyada Ukraynadan qaçqınların sayı milyona çatır

Almaniyanın 16 federal əyalətindən 12-də Ukraynadan olan qaçqınlar üçün daha yer qalmayıb, RND xəbər xidməti yazır.

Bildirilir ki, qaçqınların sayı artıq bir milyona yaxınlaşıb - 980 min nəfər (gündə təxminən 900 nəfər artımla). Bu səbəbdən Almaniya bələdiyyələri getdikcə yeni ukraynalıların qəbuluna qadağalar tətbiq edirlər. Miqrasiya orqanları idman zallarının yenidən ukraynalılar üçün yaşayış yeri kimi istifadə olunacağından qorxurlar.

Başqa bir tendensiya da var - hələ də kifayət qədər mənzilin olduğu bölgələrdə sosial yardım üçün limitlər tükənir. Bu vəziyyət Brandenburq və Şimali Reyn-Vestfaliyada inkişaf edib, burada bəzi icmalar artıq ukraynalıların qəbuluna moratorium tətbiq ediblər.

Bavariya az-çox azad sayılır, lakin orada da "hökumət qəbul proqramlarını həddi aşdı". Bavariya Daxili İşlər Nazirliyinin məlumatına görə, qaçqınların qəbulu üçün qəbul mərkəzləri 102,7% doludur.

Nəşr həmçinin ukraynalıların kompakt yaşadığı yerlərə hücumların artmasından da yazır.