Gürcüstanda unun qiyməti 10.6% ucuzlaşdi
Gürcüstan azarlarinda unun qiyməti 9-10 lari ucuzlaşıb.
Bu barədə Gürcüstanın "Buğda və Un İstehsalçıları Assosiasiyası”nın direktoru Levan Silagava məlumat verib.
Onun sözlərinə görə, qiymətlərin düşməsində xoş tendensiya davam edir:
“Rayonlar üzrə buğdanın qiyməti aşağı düşüb. Ümumiyyətlə, dünyada azalma tendensiyası var. Müvafiq olaraq, son iki həftədir həm buğdanın, həm də unun qiymətində ucuzlaşma müşahidə olunur. Birinci növ keyfiyyətli unun qiyməti 85 lari idi, sonra 80, indi isə 50 kiloluq kisə unun qiyməti 76 laridir. Bu tendensiya ümidvericidir və bazarda optimist əlamətlər var. Yerli bazarın perspektivini nəzərə alsaq, dəyirmanların fəaliyyətə başlaması mümkündür", - deyə Levan Silagava bildirib.
P S. Bəs görəsən bu cür xoş xəbərləri Azərbaycan vətəndaşları haçan eşidəcək?