ABŞ Tayvana silah satacaq
Washington Post qəzetinin yazdığına görə, ABŞ Tayvana 1,1 milyard dollar dəyərində silah göndərəcək.
Nəşr yazır ki, Tayvan ABŞ-dan 60 ədəd gəmi əleyhinə “Harpun” raketi və 100 ədəd “Sidewinder” hava-hava raketi, həmçinin radar xəbərdarlığı sistemləri üçün avadanlıq alacaq.
ABŞ prezidenti Co Bayden silah müqaviləsini təsdiqləyib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) hesab edir ki, məsələ Çinin işğal edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir.