Neftqazelmitədqiqatlayihə insititutunun qadın işçiyə hücum edən mühafizəçisi nəyə cəzalandırılmır?

"Security Opereinal Services" MMC (SOS) rəhbəri cənab Anar Məmmədovun oxumaaı vacibdir. 
Bir neçə gün əvvəl SOCAR Neftqazelmitədqiqatlayihə İnsititutunun 3 nəfər xanım işçisi institutun qarlı həyətində şəkil çəkdirmək istədilər. Bu zaman institutun mühafizə xidmətində çalışan Muradov Elcin şəkil çəkən xanıma yanaşıb, telefonu onun əlindən almağa cəhd edib. Səbəbini isə institutun həyətinin "strateji əhəmiyyətli" obyekt olması ilə izah edib(?). Xanımın rəfiqələri ilə birlikdə çəkdirdiyi həmin şəkli silməyə məcbur edib. Başqa xanım səbəbini soruşub, bu halın onun vəzifə səlahiyyətinə, təlimata aid olub-olmamasını, xəbər alib. Cavabında mühafizəçi xanımı nalayiq söyüşlərlə təhqir edib (xanımın bəxti gətirib ki, mühafizəçi onu döyməyib). Xanım institut rəhbərliyinə şikayət etsə də, hələlik mühafizəçinin xətrinə dəyən olmayıb. Yəqin qorxurlar ki, söyüşlərin ardı onlara da çatar. Hikkəli mühafizəçi xanımı məhkəməyə verəcəyi ilə hədələyir. 
Cənab rəis bilmək istərdim:
-Ərköyün, hikkəli, qadını təhqir edən, onu aşağılayan, cəzasız qalmış işçinizdə institut həyətinin "strateji əhəmiyyətli" obyekt olub-olmaması haqqında hansısa bir sənəd varmı?
- Strateji əhəmiyyətli obyektlərin siyahisini Nazirlər Kabineti təsdir edir. Həmin siyahi sizdə varmı. Orada institunun həyəti qeyd olunubmu?
-İdarənizdə "işçilərin etik davranış qaydaları" haqqında sənəd varmı? İşçiniz bu sənədlə tanışdırmı?
- Qadının əlindən zorla telefon almağa cəhd etməyə, alınmadıqda ona rəfiqələri ilə birlikdə çəkdirdiyi şəkli sildirməyə cəhd etməsi hansı qanunla tənzimlənir?
- Qadının şərəf və ləyaqətini aşağılayan, nalayiq söyüşlərlə təhqir edən kişi işçi niyə cəzalanmayıb?Niyə xanımdan üzür
istəməyib?
- İnstitut öz işçisinə qarşı nalayiq söyüşlər söyən işçini niyə öz ərazisində hələ də xidmət etməyə icazə verir?
- Gözləyirsiniz ki, cəzasız qalan hikkəli kişi işçi gələn dəfə kimi isə döysün?
Qeyd: İnstitut işçisinə (xüsusilə qadına) qarşı nalayiq söyüşlər, təhqir yağdıran mühafizəçini (kişini) hələ də onun xidmət etdiyi əraziyə buraxırsa, işçisinin hüququnu müdafiə etmirsə, NHMT İB xanımların müdafiəsini öz üzərinə götürməyə hazırdır.


Mirvari Qəhrəmanli