Azərbaycan-Gürcüstan sərhədində rekord sayda yük maşını gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 400-dən çox avtomobil gözləyir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb. Bildirilir ki, yaşanan bu sıxlığın səbəbi yolların buz bağlaması və yükdaşımanın artmasıdır.