Tanınmış azərbaycanlı aparıcının son vəziyyəti açıqlanıb - YENİLƏNİB

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.

Pasientin vəziyyəti ağır qiymətləndirilir.

17:00

Aparıcı Həmid Herisçi qızılcaya yoluxub.

Lim10.az xəbər verir ki, bu barədə onun yoldaşı İlhamiyyə Rza məlumat verib.

O bildirib ki, H.Herisçini xəstəxanaya aparırlar.