"Bu oliqarxın gürcü xalqını ələ salmasıdır"
"Qaribaşvilinin istefası və Kobaxidzenin təyinatı oliqarxın gürcü xalqını ələ salmasıdır".
Bu sözləri baş nazir İrakli Qaribaşvilinin istefasına münasibət bildirən eks-prezident Mixail Saakaşvili sosial şəbəkədə qeyd edib.
O, bildirib ki, masa ətrafında dəyişən stulların karuseli heç nəyi dəyişmir: "Masanın ətrafındakı stulların karuseli adi bir gürcü üçün heç nəyi dəyişmir: Analar övladları üçün bir loxma almaq üçün qeyri-bərabər mübarizə aparmağa davam edəcəklər; Tələbələr qəbul etdikləri peşəyə uyğun olaraq yenidən işlə təmin oluna bilməyəcəklər; Xaricdə yaşayan uşaq və nəvələrin beynəlxalq zəngləri nənə və babalar üçün yeganə sevinc olacaq. Bu “bandanın” yeganə məqsədi Bidzinanı daha da zənginləşdirmək və hakimiyyəti gücləndirməkdir. Onları insanların taleyi qətiyyən maraqlandırmır”, - deyə Mixeil Saakaşvili qeyd edib.