12 yaşlı Ömərin 200 manata ehtiyacı var: Anası yardım diləyir - FOTO
12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Nərminə Əzizova deyib.
O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.
“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr olmayanda isə Ömərin ağrıları daha da artır, əziyyət çəkir”.
Nərminə Əzizova bildirib ki, Ömərə hazırda sətəlcəm diaqnozu qoyulduğunu deyib.
“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Qış ərzində ancaq evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda xəstələnir. Həkimlər ona sətəlcəm diaqnozu qoyub. Mənim Ömərlə birgə 3 övladım var, uşaqların üçü də qızılca olub. İnanın həm uşaqların qızılcası, həm Ömərin xəstəliyi bizi əldən salıb - heç nəyi çatdıra bilmirik. Ömərin müalicəsi üçün hazırda 200 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 373-24-47.
Kapital Bank: 4169 7388 4824 2586.