Bakıda avtomobil 53 yaşlı kişini vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Binə qəsəbəsində yolu keçən 1971-ci il təvəllüdlü Əfqan Kərim oğlu Manafovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.