Ağalı kəndinə köç davam edir
İki ilə bir kənd tikmişiksə, qalan kəndlərimizi neçə ilə tikəcəyik?!
İki ilə bir kənd tilmişiksə, minlərlə kəndi tikmək üçün bizə neçə il lazımdır?!
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.
Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 63 nəfər - 12 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcək.
Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsinədən iki il ötməsinə rəğmən, cəmi bir kənd tikə bilmişik. İşğaldan azad edilmiş ərazilərimizdə isə mindən çox kənd, şəhər, qəsəbə və kənd var. Deməli, bütün ərazilərimizi bərpa etmək üçün bizə əsirlərlə vaxt lazımdı.